- Köhnə - Hadisə
- 20 Avqust 2014 11:32
- 3 226
Səhiyyə Nazirliyi məşhur oteli cərimələdi
AzNews.az Virtualaz.org saytına istinadən xəbər verir ki, dünən otelin hovuzunda iyrənc mənzərə yaranması barədə məlumat yayandan dərhal sonra Səhiyyə Nazirliyinin əməkdaşları ora gedərək qayda-qanun yaratmağa başlayıblar. Halbuki otelin administrasiyası və fitnes-mərkəzin rəhbərliyi gün ərzində inadkarlıq göstərərək hovuzda dezinfeksiya işləri aparmaqdan imtina edirdilər. Nəticədə Sanitar-Epidemioloji Stansiyanın briqadası otelə gedərək hovuzda müvafiq normalar çərçivəsində dezinfeksiya işləri aparıb.
Sanitar-Epidemioloji Stansiyanın rəisinin müavini Vaqif Abdullayev virtualaz.org saytına bildirib ki, "Hyatt Regency" oteli sanitar-epidemioloji normaları pozduğuna görə cərimələnib.
Xatırladaq ki, dünən səhər "Hyatt Regency" otelinin fitnes-mərkəzinin müştəriləri virtualaz.org saytının redaksiyasına müraciət edərək otelin hovuzunun suyunun nəcislə murdarlandığını, mərkəzin rəhbərliyinin isə suyu dəyişməkdən və hovuzu təmizləməkdən imtina etdiyini bildirmişdilər.
AzNews.az