Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində "Hirkan" dövlət qoruğunda yanğın baş verib. Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində "Hirkan" dövlət qoruğunda yanğın baş verib.

“Hirkan” dövlət qoruğunda yanğın baş verib

Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində "Hirkan" dövlət qoruğunda yanğın baş verib.



AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində (rayon mərkəzindən 18 km aralı) "Hirkan" dövlət qoruğunun ərazisində 0,5 ha sahədə kol-kos və müxtəlif ağaclar yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az