Azərbaycanda iki nəfər suda boğuldu

Azərbaycanda iki nəfər suda boğulub. Onlardan biri Gürcüstan vətəndaşıdır.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 29-da Gürcüstan vətəndaşı Nüşabə Əliyeva Sabunçu rayonu Pirşağı qəsəbəsinin ərazisindəki çimərlikdə, Cəlilabad rayon sakini Səccad Hüseynov Lənkəran şəhəri Sütəmurdov kəndinin ərazisində suda boğulublar. Onların meyitləri sudan çıxarılıb.

AzNews.az