Azərbaycanlıların kompakt yaşadığı bölgədə qətl hadisəsi baş verib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgədə qətl hadisəsi baş verib.

APA - nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli şəhər sakini, Bayramov soyadlı 28 yaşlı gənc mübahisə nəticəsində həmyerlisi, 29 yaşlı Əbilov Şahin Adil oğlunu bıçaqlayıb və hadisə yerindən qaçıb.

3 uşaq atası olan Ş. Əbilovun ailə üzvləri və yaxınları APA - ya bildiriblər ki, hadisə dünən gecə baş verib. Onların dediklərinə görə, 4 nəfər Ş. Əbilovu möhkəm döydükdən sonra ürək nahiyəsindən bıçaq zərbəsi endiriblər və Marneulinin mərkəzi küçəsinə atıblar.

Qohumların bildirdiyinə görə, Ş. Əbilov xəstəxanaya aparılarkən yolda keçinib.

Hazırda Marneuli rayon polis idarəsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən şəxsi axtarırlar. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az