Xalq artistinin oğlunun ölüm səbəbi məlum oldu- Açıqlama (Yenilənib 2)

“Nuriyyə Əhmədovanın oğlu xərçəng xəstəliyindən dünyasını dəyişib”.




Bunu AzNews.az-a açıqlamasında Nuriyyə Əhmədovanın rəfiqəsi Sədaqət Kamal deyib.
O bildirib ki, bu xəstəlik Əli İslamzadədə çoxdan aşkarlanıbmiş:
"Rəhmətlik xərçəng xəstəliyindən əziyyət çəkirdi. Qəfildən xəstəlik metasdaz verib. Əlinin çox faciəli həyatı olub. Sonu da belə".

S. Kamal onu da bildirib ki, Əli İslamzadə evli olub, amma ailə həyatında da onunku gətirməyib:
"Evləndi, amma həyat yoldaşından ayrılmışdı. Bu ailənin üstündən faciə heç vaxt əskik olmadı. Nuriyyə yazıq keçirdiyi qəzadan hələ düzəlməmişdi. Axşam da bir şok yaşadı".

***
09:34

"Xalq artisti Nuriyyə Əhmədovanın oğlu Bakının Şüvəlan qəsəbəsində - Mirmövsümağa ziyarətgahındakı qəbirstanlıqda dəfn olunacaq".

Bunu AzNews.az-a açıqlamasında Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə deyib.
O bildirib ki, vida mərasimi bu gün saat 14.00-da Mərdəkanda keçiriləcək.

Qeyd edək ki, aktirisanın oğlu İslamzadə Əli Xanlar oğlu 37 yaşında dünyasını dəyişib.

Bahar Rüstəmli
AzNews.az


***
09:28

Xalq artisti Nuriyyə Əhmədovaya ağır itki üz verib.

Aktirisanın oğlu Əli Xanlar oğlu İslamzadə dünyasını dəyişib.

Bunu AzNews.az-a aktrisanın nəvəsi Faiq İbadzadə deyib.

O bildirib ki, Əli İslamzadə səhərə yaxın 37 yaşında dünyasını dəyişib.

Əli İslamzadə uzun zamandır ki, xəstəymiş.

Allah rəhmət eləsin

Bahar Rüstəmli
AzNews.az