- Köhnə - Hadisə
- 8 Sentyabr 2014 09:13
- 2 719
Dağıntılar altında qalan daha bir uşaq - xilas edildi

Xırdalan şəhəri 26 məhəllə Mehdi Hüseyn küçəsində məcburi köçkünlərin yaşadığı binada baş verən partlayış zamanı dağıntılar altında qalan daha bir nəfə də xilas edilib.
AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın 1-ci mərtəbəsindəki mənzildə yaşayan ailənin azyaşlı uşağı FHN əməkdaşları tərəfindən dağıntılar altından çıxarılıb.
O dərhal təcili tibbi yardım xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılıb.
Dağıntılar altında qalan digər şəxslərin xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.
AzNews.az