- Köhnə - Hadisə
- 11 Sentyabr 2014 14:11
- 6 575
Vəkil Mənsum Bayramov həbs edildi

Yasamal Rayon Məhkəməsinin əməkdaşı Bakı İstintaq Təcridxanasında saxlanan Mənsum Bayramovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunduğunu açıqlamayıb.
Məlum olub ki, Vəkillər Kollegiyası Mənsum Bayramovun vəkillik fəaliyyətini dayandırıb. Bu qərar vəkilin cinayət işinin istintaqı ilə bağlıdır.
Vəkillər Kollegiyasından bildiriblər ki, Mənsum Bayramov kollegiyanın üzvü olaraq qalır, onun vəkillik fəaliyyətinə xitam verilməyib, söhbət yalnız vəkillik fəaliyyətinin dayandırılmasından gedir. Mənsum Bayramov uzun illər AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü olub. 49 yaşlı Mənsum Bayramov Bakı Dövlət Universitetinin məzunudur. 2007-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.
AzNews.az