- Köhnə - Hadisə
- 11 Sentyabr 2014 17:21
- 2 470
Sürücülərin nəzərinə! Əsas prospektlərdə tıxac

Tıxac Mikayıl Hüseynov prospektindən, Niyazi küçəsindən "Azneft" dairəsi istiqamətinə, Rəşid Behbudov və Səməd Vurğun küçələrindən Türkiyə səfirliyi istiqamətinə, Səməd Vurğun küçəsindən "Təzə Bazar" istiqamətinə , İnşaatçılar prospekti, Dövlət Statistika Komitəsinin qarşısı, Akademik Həsən Əliyev küçəsi, Babək prospekti Günəşli istiqamətində qeydə alınıb.
Tbilisi prospekti - 20 Yanvar dairəsi istiqamətinə, Nəqliyyat Nazirliyindən şəhər istiqamətində, Atatürk prospektində hər iki istiqamətdə, Heydər Əliyev Mərkəzinin qarşısından şəhər istiqamətində, Babək prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər istiqamətində, Koroğlu Rəhimov küçəsində Heydər Əliyev Mərkəzi istiqamətində , Şah İsmayıl Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı) hər iki istiqamətində və Bakı-Sumqayıt şosesində Sumqayıt şəhəri istiqamətində analoji fakt müşahidə edilir.
NİİM sürücülərə müraciətində bildirib ki, yaxın 20 dəqiqə ərzində Mikayıl Hüseynov prospektindən və Bakı-Sumqayıt şosesindən istifadə etməsinlər.
AzNews.az