Qatar maşınla toqquşdu- 1 ölü, 2 yaralı

Ötən gün saat 15 radələrində Ağstafa rayonunda minik avtomobili yük qatarı ilə toqquşub.

AzNews.az DİN-in saytına istinadən məlumat verir ki, hadisə Ağstafa rayonunun Muğanlı kəndində qorunmayan keçiddə baş verib.

Belə ki, Qarayazı kənd sakini Anar Həşimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yük qatarına vurub.

A.Həşimovun sərnişinlərindən Şaiq Bəhrəmov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.


AzNews.az