- Köhnə - Hadisə
- 26 Sentyabr 2014 09:34
- 3 097
Azərbaycanda bu yol təmir edilir

Dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov yayıb.
Xəbərdə deyilir ki, sentyabrın 26-da Baş Ələt stansiyasının ümumi uzunluğu 1900 metr olan 1-ci və 2-ci yollarının əsaslı təmirinə başlanılıb. İki gün davam edəcək təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.
Qeyd edək ki, təmir işləri "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində aparılır. Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunmuş 317 kilometr yol 800 metrlik uzunölçülü relslərlə əvəzlənib.
AzNews.az