“Xəzərin hüquqi statusu gələn il razılaşdırıla bilər”. “Xəzərin hüquqi statusu gələn il razılaşdırıla bilər”.

Xəzər 2015-ci ildə bölünəcək

“Xəzərin hüquqi statusu gələn il razılaşdırıla bilər”.



AzNews.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.

Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Xəzərin statusuna dair konvensiyaya hazırlıqda böyük irəliləyiş əldə olunub. Onun imzalanması artıq 2015-ci ildə baş tuta bilər: "Sammitdən öncə ekspertlər çox intensiv aktiv iş aparırlar. Buna görə də, sammitin nəticəsində biz Xəzərdə əməkdaşlığın gələcək inkişafı üçün kifayət qədər vacib nəticələr əldə edə biləcəyik. Əgər Həştərxanda iş uğurla yekunlaşsa, Qazaxıstanda keçiriləcək növbəti sammitdə konvensiyanın imzalanmasına dair birbaşa iş aparılacaq".


Aydan Axundova
AzNews.az