- Köhnə - Hadisə
- 29 Sentyabr 2014 09:25
- 4 351
Vəzifəyə gətirilən jurnalist danışdı

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda vəzifəyə gətirilən APA TV-nin “Sosium” verilişinin sabiq aparıcısı, tanınmış teleaparıcı Elnur Hidayətoğludan ilk açıqlama gəldi.
O, AzNews.az-a bildirib ki, bu haqda Fonddan gələn təklifi dəyərləndirib və bu gündən işinin icrasına başlayıb.
Elnur Hidayətoğlu əlavə edib ki, Fondun ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəhbəri kimi məsul vəzifəsin öhdəsindən gələcəyinə inanır və bunun üçün ölkə mediasının dəstəyinə arxalanır.
Televiziya tamaşaçılarına ANS-in efirində yayımlanan "İç xəbər" proqramından yadda qalan aparıcı bütün həmkarlarına diqqətə görə minnətdarlığını bildirib.
Babək Göyüş
AzNews.az