- Köhnə - Hadisə
- 29 Sentyabr 2014 09:46
- 2 114
İlham Əliyev Həştərxana getdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gedib.
AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gedib.
Həştərxan şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.
Qeyd edək ki, bu gün Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçiriləcək.
AzNews.az