Keçmiş polis rəisi, polis polkovniki Məmməd Mikayılovun başına xoşa gəlməz hadisə gəlib. Keçmiş polis rəisi, polis polkovniki Məmməd Mikayılovun başına xoşa gəlməz hadisə gəlib.

Polkovnikin avtomobili cərimə meydançasına aparıldı – İçkili

Keçmiş polis rəisi, polis polkovniki Məmməd Mikayılovun başına xoşa gəlməz hadisə gəlib.



AzNews.az xəbər verir ki, o, avtomobilini idarə edərkən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, sərt cəzalanıb.
Buna səbəb polkovnikin sərxoş halda sükan arxasında əyləşməsi olub.

Keçmiş rəis əvvəlcə yol polislərinin onu saxlamasına etiraz edib, hətta onlara hədə-qorxu da gəlib. Bütün bunlara baxmayaraq, polkovnikin qayda pozuntusu protokollaşdırılıb və onun idarə etdiyi 10- RP-400 dövlət nömrə nişanlı "Toyota Cəmry" markalı avtomobili cərimə meydançasına aparılıb.

Qeyd edək ki Məmməd Mikayılov DİN orqanlarında yüksək vəzifələrdə çalışıb, Xətai, Nəsimi və Suraxanı rayonlarının polis rəisi olub.

O, yanvarın 29-da Daxili İşlər naziri Ramil Usubovun əmiri ilə vəzifədən azad edilib.

Rəisin işdən çıxarılmasına əsas səbəb kimi küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlar göstərilir.

Azər
AzNews.az