Sabahdan Azərbaycanda hava soyuyacaq, Bakıda havanın maksimal temperaturu 12 dərəcə isti olacaq. Sabahdan Azərbaycanda hava soyuyacaq, Bakıda havanın maksimal temperaturu 12 dərəcə isti olacaq.

Havadan pis xəbər

Sabahdan Azərbaycanda hava soyuyacaq, Bakıda havanın maksimal temperaturu 12 dərəcə isti olacaq.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-13, günün birinci yarısında 16-21, axşama doğru 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq yağıntıların intensivləşəcəyi, gecəyə doğru bəzi dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşam bəzi Kür vadisi rayonlarında küləyin arabir güclənəcəyi gözlənilir.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq. Rayonlarda havanın temperaturunun enməsi əsasən oktyabrın 26 və 27-də müşahidə ediləcək.