Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində Xankəndidə qurulmuş qondarma “məhkəmə” sona yaxınlaşır. Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində Xankəndidə qurulmuş qondarma “məhkəmə” sona yaxınlaşır.

Dilqəmlə Şahbazın qondarma “məhkəməsi” sona yaxınlaşır

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində Xankəndidə qurulmuş qondarma “məhkəmə” sona yaxınlaşır.



APA-nın məlumatına görə, bu barədə Şahbaz Quliyevin "vəkil"i Arkadi İsraelyan bildirib.

Bu gün keçiriləcək "proses"də Azərbaycanda əsirlikdə olmuş Akop İnciqulyan ifadə verəcək.

Qondarma "məhkəmə" bu il oktyabrın 27-də başlayıb.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.