İki nəfər dəm qazından zəhərlənərək öldü

Dəm qazı daha iki nəfərin həyatına son qoyub.



AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də Binəqədi rayonu ərazisində yaşayan Çimnaz Şaşayeva və Biləcəri qəsəbəsində yaşayan Qətibə Ələsgərova evində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırmalar aparılır.


AzNews.az