Bakının Binəqədi rayonunda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb. Bakının Binəqədi rayonunda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb.

Bakıda dəhşətli qəza - Sürücü qaçdı (FOTOLAR)

Bakının Binəqədi rayonunda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb.



AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində, Lökbatan-Xocahəsən yolunda qeydə alınıb. Xocahəsən qəsəbəsindən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "Volkswagen" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Sürətlə hərəkət edən minik avtomobili "Shacman" markalı yük maşınına çırpılıb.

"Volkswagen" sürücüsü toqquşmadan sonra maşını saxlamayıb və hərəkəti davam etdirib. Lakin maşının sağ təkəri oxundan çıxıb. Sürücü bundan xəbər tutduqdan sonra avtomobili saxlamaq istəsə də, buna nail ola bilməyib. Nəticədə maşın yolun kənarındakı yarğana düşüb. Sürücü isə deformasiyaya uğrayan avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.
image description image description image description image description image description