Dərmandan zəhərlənmiş qadın xəstəxanada öldü

Dərmandan zəhərlənmiş qadın 2 gün sonra xəstəxanada ölüb.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, martın 5-də Nəhayət Nəbiyeva Bakının Səbail rayonu ərazisindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, N.Nəbiyevanın həyatını xilas etmək mümkün olmayıb və o, martın 7-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.