Yasamal rayonunda ağır yol qəzasında dünyasını dəyişən şəxs tanınmış tibb işçisi olub. Yasamal rayonunda ağır yol qəzasında dünyasını dəyişən şəxs tanınmış tibb işçisi olub.

Direktor müavini qəzada öldü - Yenilənib

Yasamal rayonunda ağır yol qəzasında dünyasını dəyişən şəxs tanınmış tibb işçisi olub.



AZNEWS.AZ modern.az-a istinadən xəbər verir ki, "Nissan" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində vəfat edən Xalid Umudovun N.Tusi adına Klinikanın direktor müavini olduğu məlum olub.

Bildirilir ki, X.Umudovun olduğu avtomobil Badamdar şossesindən Mikayıl Müşfiq küçəsinə doğru hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı arxa oturacaqda olan Xalid Umudov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onun xilas edilməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Onlar xüsusi alət və avadanlıqların köməkliyi ilə yaralını avtomobildən çıxarıb və X.Umudov xəstəxanaya aparılıb. Lakin tanınmış həkimi xilas etmək mümkün olmayıb. X.Umudov təcili yardım maşınında keçinib.

***
09:03

Bakı şəhərində "Nissan" markalı minik avtomobili işıq dirəyinə çırpılaraq aşıb.
AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus "Nissan" markalı minik avtomobili işıq dirəyinə çırpılaraq aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.


Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
image description image description image description image description image description