- Köhnə - Hadisə
- 17 Aprel 2015 11:54
- 2 329
Öldürülən ukraynalı jurnalistlə bağlı ABŞ-dan bəyanat
“Rəsmi Kiyev ukraynalı jurnalist Oles Buzinanın qətli ilə araşdırma aparmalıdır”.
AZNEWS.AZ xəbər verir ki, bu fikri ABŞ jurnalistlərinin Müdafiə Komitəsi səsləndirib.
Komitənin yaydığı bəyanatda deyilir:
"Biz Oles Buzinanın qətlini pisləyirik və Ukrayna hakimiyyətinə səslənirik ki, qətllə bağlı təcili surətdə araşdırma aparsın və qətlin motivini üzə çıxarsın".
Qeyd edək ki, Ukraynanın tarixi, bugünkü durumu və Donbasdakı münaqişə ilə bağlı kitab yazan Buzina rusiyameylli jurnalist kimi tanınıb.
Xatırladaq ki, ABŞ rəhbərliyi ukraynalı jurnalist Buzinanın və Ukraynanın sabir deputatı Oleq Kalaşnikovun qətlini pisləyib.