- Köhnə - Hadisə
- 9 May 2015 23:12
- 2 265
70 yaşlı qadını maşın vurdu
Bu gün axşam saatlarında Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
AzNews.az report-a istinadən xəbər verir ki, qəza Ozan küçəsində qeydə alınıb.
İlham Səmədovun idarə etdiyi "VAZ 21 07" markalı avtomobil yolu keçmək istəyən şəhər sakini 70 yaşlı Səmayə Mehdiyevanı vurub. Ağır bədən xəsarətləri alan qadın dərhal Gəncə şəhər TTYX-nın Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağrdır.
Faktla bağlı şəhər Baş Polis İdarəsində araşdırma aparılır.