Xətai rayonunda Azərbaycan dövlət bayrağının tərs asılması Türkiyə mediasının da diqqətini cəlb edib. Xətai rayonunda Azərbaycan dövlət bayrağının tərs asılması Türkiyə mediasının da diqqətini cəlb edib.

İcra hakimiyyəti bayrağı tərs asdı - Açıqlama

Xətai rayonunda Azərbaycan dövlət bayrağının tərs asılması Türkiyə mediasının da diqqətini cəlb edib.


"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, qanuna görə, dövlət bayrağının səhv asılması cinayət sayılır. Türk saytları bayrağın Xətai Rayon İcra Hakimiyyəti tərəfindən səhv asıldığını bildirib.

***
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya açıqlama verilib. Açıqlamada bildirilir ki, bayraq asılarkən heç bir qayda pozuntusuna yol verilməyib və bu haqda səslənən iddialar əsassızdır. Belə ki, bayraq Nazirlər Kabinetinin 317 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərarına uyğun olaraq asılıb. Həmin qərarda yazılır:

"12-1. Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.".