Bakıda dələduzluq etdiyinə görə uzun müddət axtarışda olan şəxs saxlanılıb. Bakıda dələduzluq etdiyinə görə uzun müddət axtarışda olan şəxs saxlanılıb.

Uzun müddət axtarışda olan qadın tutuldu

Bakıda dələduzluq etdiyinə görə uzun müddət axtarışda olan şəxs saxlanılıb.



APA-nın məlumatına görə, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluq yolu ilə 12 vətəndaşa qarşı külli miqdarda ziyan vuran və barəsində axtarış elan olunmuş, 1964-cü il təvəllüdlü Gülməmmədova Mətanət İnqilab qızı həbs edilib.

M. Gülməmmədova tərəfindən aldadılaraq pulu mənimsənilən şəxslərdən Suraxanı rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.