- Köhnə - Hadisə
- 17 May 2015 20:11
- 1 771
Şəkidə hündürlükdən dərəyə yıxılan 66 yaşlı kişi öldü
Şəkidə 66 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Cuma kənd sakini, 1949-cu il təvəllüdlü İsa Zəkəriyyə oğlu Abbasovun meyiti Cuma kənd inzibati ərazisinin dağlıq hissəsində dərədə kənd sakinləri tərəfindən aşkar edilib.
Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 66 yaşlı İsa Abbasov ehtiyatsızlıqdan dərəyə yıxılıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.