- Köhnə - Hadisə
- 26 May 2015 09:01
- 3 545
Azərbaycanda zəlzələ oldu – 4.7 bal
Azərbaycanda Bakı vaxtı ilə saat 06:20-də zəlzələ olub.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Məlumata görə, zəlzələ Mingəçevirdən 32 km qərbdə Goranboy-Yevlax rayonlarının sərhədində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4.7 maqnituda, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.
İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.