- Köhnə - Hadisə
- 27 May 2015 20:54
- 2 568
Yanan binada yaralananlarla bağlı son xəbər- VİDEO
Ötən həftə ölkə gündəmini zəbt edən - Binəqədidə baş verən dəhşətli yanğın hadisəsi zamanı xəsarət alan 8 nəfərin müalicəsi davam edir.
ANS TV-nin məlumatına görə, onlar yaxın zamanda evə buraxılacaq.
"Hazırda Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsində 8 nəfərin müalicəsi davam edir. Onlardan 6-ı böyük, qalan ikisi isə azyaşlı uşaqlardır. Xəstələrin vəziyyəti orta ağırdır. Onların həyatları üçün bir təhlükə yoxdur. Hazırda xəsarət alan 8 nəfərin müalicəsi davam etdirilir", – deyə Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.