Quba-Xaçmaz yolunda qəza - 7 yaralı

Bu gün Quba – Xaçmaz yolunda yol nəqliyyat hadisəsi baş verib.



APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza rayonun Zərdabi kəndi ərazisində qeydə alınıb. Ötmə əməliyyatını düzgün yerinə yetirməyən "Mersedes" markalı avtomaşın əks istiqamətdə hərəkətdə olan digər "Mersedes" markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində hər iki maşında olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Quba rayonu, Bağbanlı kənd sakini 1992-ci il təvəllüdlü Əmirova İradə Nadir qızı, Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini 1982-ci il təvəllüdlü Mikayılova Elnarə Ənvər qızı, Quba rayonu, Bağbanlı kənd sakini 1961-ci il təvəllüdlü Hüseynova Həqiqət Ağacan qızı, Quba rayonu, Ərməkiqışlaq kənd sakini 1995-ci il təvəllüdlü Həsənova Ədilə Qurban qızı, Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Niftəliyev Nəriman İsmayıl oğlu, Quba rayon sakini 1978-ci il təvəllüdlü Musayev Naib Beybut oğlu və 1979-cu il təvəllüdlü Xaçmaz rayonu, Hacıəlibəyli kənd sakini Mikayılov Kamil Rasim oğludur.

Xəsarət alan şəxslər Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra onlar ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Quba rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.