- Köhnə - Hadisə
- 24 İyun 2015 15:01
- 6 089
Bakıda qəzada ölən Britaniya vətəndaşı ilə bağlı - Rəsmi məlumat
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi dünən baş vermiş qəza ilə bağlı məlumat yayıb.
AzNews.az-a daxil olan məlumatda qeyd edilir ki, "FiveCurrents" təsdiq edir ki, 23 iyun tarixində Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında yaradıcı heyətinin bir üzvü dünyasını dəyişib.
Komandanın həmin üzvü Bakı 2015 Mərasimlərin təşkili şirkəti olan "FiveCurrents"də müqavilə əsasında çalışan Britaniya vətəndaşıdır.
Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərilib. Daha sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər.
Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı 2015 Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı Səfirliyinə öz minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, Heydər Əliyev prospekti – əsas yolda Bağırov körpüsünün yaxınlığında "Ford Tranzit" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.