Lənkəran şəhərində güclü yanğın olub. Lənkəran şəhərində güclü yanğın olub.

Lənkəranda ev yandı

Lənkəran şəhərində güclü yanğın olub.


AzNews.az Fövqəladə Halllar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın vətəndaşa məxsus ikimərtəbəli 4 otaqlı evdə qeydə alınıb.

Məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.

Hadisə nəticəsində evin bir otağı əşyaları ilə birgə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.