Uşaqlar pornofilm çəkdi

"Hüquq-mühafizə orqanları çəkilişlərin kim tərəfindən aparıldığını araşdırır. "



Yekaterinburqda insanların və hüquq-mühafizə orqanlarının təəccübünə səbəb olan hadisə baş verib. Belə ki, şəhərdə 11 yaşlı uşaqlarım çəkdiyi iddia edilən pornokadrlar yayılıb. Hazırda hüquq-mühafizə orqanları çəkilişlərin kim tərəfindən aparıldığını araşdırır.

Bir neçə gün əvvəl yerli mətbuatda orta məktəblərdən birində 11 yaşlı 5-ci sinif şagirdlərinin porno çəkilişlər apardığı barədə məlumatlar yayılıb. Kadrlarda uşaqların "tərəf müqabilləri" də öz sinif şagirdləridir. Hadisə idman dərsində, məktəbin həyətində baş verib. Həmçinin uşaqların fahişəliyə cəlb edilməsinin mümkünlüyü də istisna edilmir.

Başqa bir məlumata görə isə, uşaqlar pornovideonu internetdə daha çox izlənmək üçün çəkiblər. Pornorolik qısa müddət ərzində şagirdlərin cib telefonları vasitəsilə yayılıb.

Hadisə barədə ilk məlumatı isə şagirdlərdən birinin anası verib. O, təsadüfən övladının telefonunda kadrları görüb və direktoru məlumatlandırıb. Bundan sonra məsələyə hüquq-mühafizə orqanları müdaxilə edib.

Elnarə Əlosmanqızı
AzNews.az