- Köhnə - Hadisə
- 17 Oktyabr 2012 07:21
- 5 951
Fəlsəfə doktoru diplom satarkən həbs olundu… - EKSKLÜZİV

Həbs olunanlar arasında ali məktəblərdən birinin dekanı da var…
Daxili İşlər Nazirliyinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ceyhun Kamal oğlu Nəcəfovu akademiyanın həyətində həbs ediblər. AzNews.az-ın məlumatına görə, Ceyhun Nəcəfov Rusiya və Azərbaycan ali təhsil müəssisələrinin saxta diplomlarını satarkən yaxalanıb. Onunla birgə Gəncədə fəaliyyət göstərən ali məktəblərdən birinin dekanı da həbs olunub.
Məlumatı dəqiqləşdirmək üçün AMEA-nın müvafiq institutu ilə əlaqə saxladıq, fakt öz təsdiqini tapdı.
Olayla bağlı cinayət işi açılıb və istintaq gedir.
İlkin Hüseynli
AzNews.az