Dağıstanda Dərbənd Təhsil İdarəsinin rəisi Nadir Kazımov ötən gün hüquq mühafizə orqanaları əməkdaşları tərəfindən saxlanılıb. Dağıstanda Dərbənd Təhsil İdarəsinin rəisi Nadir Kazımov ötən gün hüquq mühafizə orqanaları əməkdaşları tərəfindən saxlanılıb.

Dərbənd Təhsil İdarəsinin rəisi tutuldu - Dələduzluq

Dağıstanda Dərbənd Təhsil İdarəsinin rəisi Nadir Kazımov ötən gün hüquq mühafizə orqanaları əməkdaşları tərəfindən saxlanılıb.


AzNews.az APA-ya istinadən xəbər verir ki o, büdcədən 47 milyon rubl mənimsəməkdə təqsirli bilinir. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

İstintaqın ilkin nəticəsinə görə, Nadir Kazımov mühasib və xəzinədarla əlbir olaraq əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı olan borclar haqqında təftiş orqanlarına yalnış məlumat verib.

Nadir Kazımov azərbaycanlıdır.

Qeyd edək ki, N. Kazımovun qardaşı, Dərbənd şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin rəis müavini Elxan Kazımov da iyunun 30-da tutulub.