Bu gün patlayış olan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika zavodu cəmi iki il öncə istifadəyə verilibmiş. Bu gün patlayış olan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika zavodu cəmi iki il öncə istifadəyə verilibmiş.

Partlayan zavodla bağlı təəccüblü məqam – Cəmi 2 il əvvəl (Fotolar)

Bu gün patlayış olan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika zavodu cəmi iki il öncə istifadəyə verilibmiş.


AzNews.az xəbər verir ki, telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzi 2013-cü ilin iyulunda açılışı olub. Zavodun açılışında prezident İlham Əliyev də iştirak edib.

Zavodda il ərzində üçnövbəli iş rejimində üç növdə 7 milyon patron istehsalı nəzərdə tutulub. Mərkəzdə 106 dəzgah quraşdırılıb. Yeni istehsal sahəsində avtomatlaşdırılmış mexaniki emal, ştamplama, termokimyəvi emal, texniki nəzarət, pirotexniki və partlayıcı maddələrin preslənməsi sahələri, yığım xətləri və laboratoriya fəaliyyət göstərir.

Mərkəzdə 264 nəfər ixtisaslı mütəxəssis çalışır. İşçilərə xarici mütəxəssislər tərəfindən xüsusi təlimlər keçirilib. Zavoddakı nəzarət-sınaq mərkəzi üçün yeni inzibati bina müəssisədə istehsal olunan xüsusi təyinatlı məmulatların taktiki-texniki xarakteristikalarının, iqlim dəyişmələrinə, nəqliyyat silkələnməsinə dözümlülüyün yoxlanılması işləri həyata keçirilir.

Burada atəş sınaqları aparmaq üçün üç sahə yaradılıb. Sınaq atışları zamanı müxtəlif ölçülü güllələrin ballistik xüsusiyyətlərinin - təzyiq, sürət və atəşləmə sıxlığının yoxlanılması mümkündür. (Prezident İlham Əliyevin mərkəzin açılışında iştirakı zamanı çəkilmiş fotoları aşağıda təqdim edirik.)

Qeyd edək ki, sözügedən zavodda bugün güclü partlayış baş verib. Patlayış nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb. Ölən şəxs zavodda çeşidləyici vəzifəsində çalışan 48 yaşlı Süleymanova Raziyə Cəfərxan qızıdır. Yaralılar isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

image description image description image description image description image description image description image description