- Köhnə - Hadisə
- 10 İyul 2015 15:11
- 3 579
“Nənələr” qrupunun üzvü vəfat etdi - FOTO

Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən məşhur “Nənələr” folklor qrupunun üzvü Xanbibi Əzimova bu gün 79 yaşında dünyasını dəyişib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, "Nənələr" folklor qrupu 1970-ci ildə yaradılıb. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri olub.