Ağsu rayonunun ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşublar. Ağsu rayonunun ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşublar.

Ağsuda minik avtomobili “KAMAZ“a çırpıldı: 1 ölü

Ağsu rayonunun ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşublar.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qəza nəticəsində "VAZ" markalı avtomobilinin sürücüsü 1962-ci il təvəllüdlü Salmanov Mirsəlim Mirzəağa oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 23:40-da başa çatıb.