Azərbaycanın məşhur dilçisi, türkoloq alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib. Azərbaycanın məşhur dilçisi, türkoloq alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib.

Məşhur alim direktorluqdan istefa verdi - Qadın müavin AMEA-nı qarışdırdı (Yenilənib)

Azərbaycanın məşhur dilçisi, türkoloq alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib.




AzNews.az-a daxil olan məlumata görə, alimin istefasına səbəb institut daxilində intriqalarin şddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr etməsi olub.

Bildirilir ki, son vaxtlar T.Hacıyevdən tez-tez şikayətlər olurmuş, ona qarşı açıq kampaniya aparılırmış. Bu kampaniyaya başçılığı isə onun müavini, əvvəllər dostluq münasibətində olduğu Məhəbbət Mirzəliyeva edib.

M.Mirzəliyeva T.Hacıyev barəsində AMEA-nın direktoru Akif Əlizadəyə və yuxarı instansiyalara dəfələrlə şikayət ərizəsi göndərib. Şikayətin əsas məğzi isə T.Hacıyevin yaşlı olması və kollektivlə yola getməməsi olub. Akademiya rəhbərliyinın Hacıyevi müdafiə etməməsi, əksinə ona qarşı kampaniyaaparan şəxslərə hamilik etməsi direktoru istefa verməyə məcbur edib.


T.Hacıyevin yerinə artıq təyinat da olub. Həmin posta Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu gətirilib. M.Nağısoylu vəzifəsinin icrasına bazar ertəsindən başlayacaq.

Qeyd edək ki, Tofiq Hacıyev Dilçilik İnstitutunda direktor vəzifəsinə 2014-cü ilin aprel ayında təyin edilib. T.Hacıyev bu təyinata əvvəlcə etiraz edib. O, çox yaşlı olduğunu əsas gətirərək, bu vəzifənin yükünü çəkmək istəmədiyini bildirib. Lakin sonradan onu razılaşdıra biliblər. Məlumat üçün bildirək ki, Məhəbbət Mirzəliyeva da elə həmin tarixdə T.Hacıyevin müavini vəzifəsinə təyin edilmişdi.

Onu da bildirək ki, T.Hacıyev həm də Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiridir. O, 20-dən çox əsər və tərcümələrin müəllifidir.

(Azərbaycanın görkəmli aliminin istefasının təfərrüatları da məlum olub. Sensasiya sayıla biləcək həmin faktları yaxın vaxtlarda AzNews.az-da oxuya bilərsiniz).


****

Akademik Tofiq Hacıyev AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsindən istefa verməsinə aydınlıq gətirib.

T. Hacıyev APA-ya açıqlamasında bildirib ki, əmək intizamını pozduğuna görə 2008-ci ildən heç bir elmi məqaləsi çap olunmayan iki böyük elmi işçini işdən çıxarıb.

Akademikin sözlərinə görə, həmin böyük elmi işçilərin əmək intizamını pozması haqqında şöbə müdirləri ona təqdimat yazıblar: "Mən komissiya təşkil etdim. Komissiya onların elmi fəaliyyətini, işə davamiyyətini yoxladı. Nəticəsini Elmi Şurada müzakirə etmişik. Elmi Şuradakı çıxışları və Komissiyanın verdiyi məlumata əsasən onları işdən azad etmişəm. İstənilən adam gəlib bunu yoxlaya bilər. Görünür, onlar da buna görə mənim haqqımda ora-bura şikayət ərizəsi yazıblar. Nəticə də bu oldu ki, istefa vermək qərarına gəldim".

T. Hacıyev qeyd edib ki, bu yaxınlarda 4 dildə çap olunan "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nda etnik fizioloji təkamüllə bağlı insan adı çəkdiyinə görə də ittiham olunur: "Öz dostlarım olan insanların birinin Oğuz, birinin Qıpçaq fizioloji quruluşunda olduğunu demişəm. Bunu səsə-küyə salırlar ki, niyə dostlarımın adını çəkmişəm. Bunların heç birini sensasiya hesab etmirəm. Bu mənim elmi-tədqiqatımdır. "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nı alqışlamaq əvəzinə, bu cür kampaniya aparırlar. Bunlar hamısı boş və ara söhbətləridir".

Qeyd edək ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib. T. Hacıyevin yerinə Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu təyin edilib.


Nigar ETİBAR