- Köhnə - Hadisə
- 27 İyul 2015 00:12
- 4 598
Ucarda iki maşın toqquşdu - 1 ölü

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.
AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə iyulun 26-da axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.
"Shacman" markalı yük maşını ilə "Mercedes" markalı minik maşını toqquşması nəticəsində minik maşınının sürücüsü, Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Elçin Hikmət oğlu hadisə yerində dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.