Məktəb direktoru belə bir hadisənin olmadığını bildirir Məktəb direktoru belə bir hadisənin olmadığını bildirir

Partlayışla bağlı şagirdlər dindirilir

Məktəb direktoru belə bir hadisənin olmadığını bildirir



"Bakının Nizami rayonunda yerləşən 109 saylı məktəbdə qaz balonunun açıq qoyulması nəticəsində partlayış baş verməsi xəbəri doğru deyil.

Bu barədə naməlum şəxs tərəfindən təxribat xarakterli zəng edilib və hazırda zəngin kim tərəfindən edildiyi araşdırılır". Bunu AzNews.az açıqlamasında məktəbin direktoru Füzuli Xudiyev deyib.

Onun sözlərinə görə, məktəbdə ümumiyyətlə, qaz yoxdur: "Biz MTN-nin yerli bölməsinə də məlumat vermişik. Hazırda araşdırma aparılır".

Direktor qeyd edib ki, məktəbin 10-11-ci sinif şagirdləri istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər evə buraxılıb: "10-11-ci sinif şagirdlərindən isə izahat alındığı üçün məktəbdə saxlanılıblar".

Elnarə Əlosmanqızı
AzNews.az