Tərtərin Azad Qaraqoyunlu kəndində vətəndaşa məxsus yaşayış evi yanıb. Tərtərin Azad Qaraqoyunlu kəndində vətəndaşa məxsus yaşayış evi yanıb.

Tərtərdə yaşayış evi külə döndü - FOTO

Tərtərin Azad Qaraqoyunlu kəndində vətəndaşa məxsus yaşayış evi yanıb.


AzNews.az APA-ya istinadən xəbər verir ki, kənd sakini Hüseynov Asif Ağa oğluna məxsus, ümumi sahəsi 200 kv.m-ə bərabər olan ev əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunsalar da, tikilini alovdan xilas etmək mümkün olmayıb.

Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma səbəbindən törəyib.

Faktla bağlı araşdırma aparılır.
image description image description