Xaker 500 min avro oğurladı

Fransanın şimalında qeyri-adi və böyük məbləğdə oğurluq olub. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 20 yaşlı xaker 17 min smartfon istifadəçisinin çibinə onların xəbəri olmadan girib.

O, smartfon istifadəçilərinin mobil telefonlarına viruslu proqram yükləyərək onların hesablarından kiçik miqdarda pullar silməyə başlayıb. Nəticədə 17 min qurbandan yığılan kiçik vəsaitlər 500 min avro olub.

Bununla belə xaker oğurluq yolla əldə etdiyi vəsaiti yeyə bilməyib. Fransa polisi şəxsi həbs edib və xaker elə ilk dindirmədə cinayət əməlini boynuna alıb.

Sadiq Musa
AzNews.az