Bu gün səhər saatlarında Bakı Klinik Mərkəzində rəhmətə gedən jurnalist Rasim Əliyevin nəşi artıq Bayıl qəsəbəsində yerləşən evlərinə gətirilib. Bu gün səhər saatlarında Bakı Klinik Mərkəzində rəhmətə gedən jurnalist Rasim Əliyevin nəşi artıq Bayıl qəsəbəsində yerləşən evlərinə gətirilib.

Öldürülən jurnalistin valideynləri dindirilir - Son dəqiqə (VİDEO)

Bu gün səhər saatlarında Bakı Klinik Mərkəzində rəhmətə gedən jurnalist Rasim Əliyevin nəşi artıq Bayıl qəsəbəsində yerləşən evlərinə gətirilib.

Bu barədə AzNews.az-a jurnalistin qohumları məlumat verib.

Qohumlarının sözlərinə görə, R.Əliyev bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.

Bundan əlavə, hazırda Bakı Şəhər Baş Prokurorluğunun əməkaşları jurnalistin evindədirlər. Hadisə ilə bağlı R.Əliyevin valideynləri dindirilir.

Xatırladaq ki, jurnalist dünən "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən hədələndiyini və döyüldüyünü iddia etmişdi.

Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsi göstərilib.

Məlumat üçün bildirək ki, mərhum jurnalist Zahir Əzəmətin rəhbərlik ediyi ann.az saytında çalışırdı.

Rasim Əliyevin döyüləndən sonra mətbuata verdiyi son müsahibəni təqdim edirik: