Öldürülən jurnalistin yas mərasimi sabah keçiriləcək

Sabah döyülərək öldürülən jurnalist Rasim Əliyevin üç mərasimi keçiriləcək.


Bu barədə AzNews.az-a mərhumun atası Məmmədəli Əliyev məlumat verib. Bildirib ki, mərasim Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q massivində yerləşən xeyir-şər evində baş tutacaq.

Qadınlar mərasimdə saat 14:00-a qədər, kişilər isə 14:00-dan sonra iştirak edə bilərlər.

Qeyd edək ki, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Bahar RÜSTƏMLİ
AzNews.az