- Köhnə - Hadisə
- 2 Sentyabr 2015 20:00
- 3 707
Bakının mərkəzində “BMW” ağaca çırpıldı - FOTOLAR

Bu gün axşam saatlarında Bakının Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, "BMW" markalı "90 SH 522" dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək maşını ağaca çırpıb.
Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.



