Bakı-Qazax-Gürcüstan magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax-Gürcüstan magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

BMW mikroavtobusla toqquşdu: ağır yaralı var (VİDEO)

Bakı-Qazax-Gürcüstan magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az APA TV-yə istinadən xəbər verir ki, qəza yolun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. BMW markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən "Mercedes Sprinter" markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə BMW-də olan sərnişin Bağır Bağırov xəsarət alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın hansı səbəbdən baş verdiyi aparılmış avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.