İki qadının borc səbəbindən mübahisəsi tərəflərdən birini xəstəxanalıq edib. Başından ağac parçasıyla ağır zərbə alan gənc qadın reanimasiyaya yerləşdirilib. İki qadının borc səbəbindən mübahisəsi tərəflərdən birini xəstəxanalıq edib. Başından ağac parçasıyla ağır zərbə alan gənc qadın reanimasiyaya yerləşdirilib.

Qadın qonşusu tərəfindən döyülərək xəstəxanalıq oldu - FOTO

İki qadının borc səbəbindən mübahisəsi tərəflərdən birini xəstəxanalıq edib. Başından ağac parçasıyla ağır zərbə alan gənc qadın reanimasiyaya yerləşdirilib.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Bərdənin Cumalar kəndinin sakini Gülanə Muradova ilə həmkənlisi Afət adlı qadın arasında mübahisə yaranıb. Gülanə Muradovanın bacısının sözlərinə görə, qoşusu Afət Orucəli qızının Gülanəyə 3000 manat borcu olub.

Mübahisə də Gülanənin həmin məbləği tələb etməsiylə başlayıb, daha sonra davaya çevrilib. Gülanənin bacısı Türanə Həsənova iddia edir ki, Afət Orucəli qızı dava zamanı ağac parçasıyla ona və bacısına xəsarət yetirib. Gülanə Muradova başından aldığı zərbə nəticəsində huşunu itirib.


Qadın aldığı zərbədən nitq qabiliyyətini itirib


Gülanə Muradova iflic vəziyyətinə düşüb


Zərərçəkənin həyatı təhlükəsi var

"Bacım dedi ki, mənim qızım xəstədir, borcunu ver, onu aparım həkimə, dava bunun üstündə oldu. Bel sapı ilə döydü", - deyə zərəçəkənin bacısı Turanə Muradova bildirib.

Yaxınları yaralını Bərdə MRX-na çatdırıb. Gülanə Muradovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, 23 yaşlı Gülanə Muradova qapalı beyin travması diaqnozu ilə daxil olub. Aldığı zərbədən iflic vəziyyətinə düşən zərəçəkənin həyatı təhlükəsi davam edir. Daha dəqiq məlumatı isə beyin tomoqrafiyası çəkildikdən sonra əldə etmək mümkün olacaq. Hazırda faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.