Qəbələdə dəhşətli qəza - Bakıdan təcili yardım maşınları çağırıldı

Bu gün axşam saatlarında Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib.


AzNews.az xəbər verir ki, VAZ 2107 markalı avtomobillə sərnişinlərlə dolu olan mikroavtobus toqquşub.

Nəticədə hər iki avtomobildəki sərnişinlər ağır yalanıb və təcili Qəbələ Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlum olub ki, mikroavtobusdakıların hamısı yaxın qohumdur və toya gedirmişlər.

Xəsarət alanların bir neçəsinin vəziyyəti çox ağır olduğundan onları Bakıya gətirmək istəyirlər. Bununçün Mərkəzi Klinik Xəstəxanasının 3 ambulansı bu dəqiqələrdə Qəbələyə yola düşüb.


Faktı AzNews.az-a Qəbələ rayon Polis Şöbəsinin növbətçi hissəsindən təsdiqləyiblər. Bildirilib ki, yaralıların hamısı xəstəxanaya yerləşdirilib və hadisənin baş vermə səbəbləriylə bağlı araşdırma aparılır.

Rövşən
AzNews.az