Masallıda çay evi yandı

Masallı rayonun mərkəzindən 13 km məsafədə yerləşən Təzəkənd kəndində istirahət güşəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan istirahət guşəsinin ərazisində yerləşən çayxananın polietilendən ibarət üst örtüyü və 15 ədəd stul yanıb.

Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə Əlosmanqızı
AzNews.az