Tovuzda ticarətlə məşğul olan qadın qəzanın qurbanı olub. Tovuzda ticarətlə məşğul olan qadın qəzanın qurbanı olub.

59 yaşlı qadın maşınla ağacın arasında sıxılaraq öldü - Tovuzda faciə

Tovuzda ticarətlə məşğul olan qadın qəzanın qurbanı olub.


AzNews.az-ın Kəpəz TV-yə istinadən xəbərinə görə, Tovuz rayonunun Qovlar qəsəbəsində küçə ticarəti ilə məşğul olan qadını avtomobil vuraraq öldürüb.

"Vaz 21-06" markalı avtomobilin sürücüsü idarə etdiyi maşında yaranan nasazlıq nəticəsində sükana hakim ola bilməyərək onu yol kənarındakı ağaca vurub. Bu zaman orada küçə ticarəti ilə məşğul olan 59 yaşlı Almaz Hüseynova avtomobillə ağacın arasında sıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.