İki mərtəbəli evin müəmmalı yanğını - VİDEO

Xaçmazda yaşayış evinin ikinci mərtəbəsi yanaraq kül olub.


AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, rayon sakini 34 yaşlı Ramin Heydərliyə məxsus iki mərtəbəli, 8 otaqlı ümumi sahəsi 240 kvmetr olan evin iknci mərətəsi yanğından ciddi ziyan çəkib. İkinci mərtəbəinin 6 otağı və dam örtüyü əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirlyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin iki yanğından mühafizə avtomobilinin və canlı qüvvəsinin köməyi ilə yanğının digər yaşayış evlərinə keçməsinin qarşısı alanıb.

Hadisənin tam baş vermə səbəbi araşdırılır.

Ev sahibinin iddiasına görə, yanğının qəsdən törəldilməsi də istisna edilmir. Bu faktın da araşdırılmasına başalanılıb.